Göyçay rayonunun Məlikkənd kəndində yanğın baş verib. İlkin məlumata görə, vətəndaşa məxsus evdə anidən başlayan yanğın qısa müddətdə şiddətlənərək bütün evi əhatə edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb, alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə