Bakının Nərimanov rayonunda evlərin birindən oğurluq olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək evindən 2000 avro, 100 dollar və 2700 qriven (113 manat) və 500 manat dəyərində qızıl-zinət əşyasının talanmasını bildirib.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı Qəbələ rayon sakini Y.Qrestsenyuk müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə