Lerik rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı araşdırma aparılır. Bu barədə SİA-ya DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan bildirilib.
Qeyd olunub ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobildə olan sərnişin, 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə