Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub. SİA-nın məlumatına görə, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.

İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə