Cəlilabadda dələduzluq edən şəxs saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov tutulub. DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan SİA-ya bildirilib ki, o, zərər çəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb.

R.Yusubov dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə