Binəqədidə 37 yaşlı kişinin qətli ilə bağlı qohumu həbs olunub

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya bildirilib ki, aprelin 21-də 1988-ci il təvəllüdlü Ədil Məhərrəmovun paytaxtın Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə