Kürdə suyun səviyyəsi artıb

Bəzi çaylarda sululuq artıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 7 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlü və Tərtərçay-Kəlbəcərdə 13 sm, Tərtərçay-Vəngdə 5 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində səviyyə 19 sm artıb, su sərfi 670 m3/san olmaqla normanın 94%-ni təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə