Samuxda çox sayda qoyun oğurlanıb

Samux rayonunda Kəlbəcər sakininə məxsus xeyli sayda qoyun oğurlanıb. SİA-nın məlumatına görə, hadisə Samux rayonunun Qarayeri qəsəbəsində baş verib.

Gecə saatlarında şəxs və ya şəxslər fermaya daxil olaraq 154 baş xırdabuynuzlu heyvanı aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə