Daşkəsən rayonunda yanğın baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.
Kənd sakini T.Orucova məxsus yarımtikilidə olan yanğın zamanı 250 cücə tələf olub.
İlkin məlumata görə, hadisə elektrik naqillərində baş verən qısaqapanma səbəbindən yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə