Balakən rayonunun Katex kəndində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Katex kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konustruksiyaları və ev əşyaları 183 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə