Gəncədə 47 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə şəhər ərazində qeydə alınıb.

Belə ki 1978-ci il təvəllüdlü A.Bəricaz bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə