Demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir -AÇIQLAMA

"Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz. Dünyanın harasında olmasından asılı olmayaraq bu belədir". SİA-nın verdiyi xəbərə görə, bunu bu gün bu gün Seçki mübahisələrinin məhkəmə qaydasında həll mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. "Hansısa xoşagəlməz hal Almaniyada baş verəndə bunu təsadüf kimi qəbul edib, problemi həll edib aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur"-MSK sədri əlavə edib. Onun sözlərinə görə, seçki elə bir prosesdir ki, digər maraqlı olan qurumlara ölkənin daxili işlərinə qarışmaq i imkanı verir: "Çünki demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir. Demokratiyanın göstəricisi isə seçkilərdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...