Çin hökuməti Hubey əyalətinə daxil olma və çıxış, eləcə də insanların hərəkətinə qoyulmuş məhdudiyyətləri martın 25-də ləğv edəvək. SİA xəbər verir ki, bu barədə TASS yazır. “Sağlamlıq işləri üzrə dövlət komitəsi isə qeyd edib ki, Uhandakı məhdudiyyətlər aprelin 8-də aradan qaldırılacaq.
Qeyd edilir ki, sənədə əsasən, qərar regionda epidemioloji vəziyyətin yaxşılaşması fonunda verilib. 25 mart saat 00:00 tarixindən etibarən Hubeyi tərk etmiş əhali yalnız sağlamlığı imkan verirsə, rahat şəkildə hərəkət edəcəklər.
Aprelin 8-dən etibarən isə, Uhanda eyni qərar tətbiq ediləcək.
Xatırladaq ki, Uhanda və Hubey əyalətindəki karantin yanvarın 23-dən tətbiq olunur.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə