MSK daha 2 məntəqədə seçkilərin nəticələrini ləğv edib - AÇIQLAMA
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb. SİA-nın məlumatına görə, həmin dairədən daxil olan müraciətdə seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Baxşeyş Əsgərov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntuları yalnız 24 və 26 saylı seçki məntəqələri öz əksini tapıb. B.Əsgərov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib.
Təklif səsə qoyularaq qəbul edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə