ABU-nun məzunları Təhsil Nazirliyini məhkəməyə verməyə hazırlaşır

ABU-nun məzunları Təhsil Nazirliyini məhkəməyə verməyə hazırlaşır

Dərs ilinin əvvəlində fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universiteti (ABU) tələbələrinin digər ali məktəblərə köçürülməsi prosesi hələ də başa çatmayıb. Belə ki ABU-ya qanuni qəbul olunmuş və dövlət imtahanlarından rüşvət vermədiklərinə görə keçə bilməyən məzunlar üçün imtahanların yenidən təşkil olunması prosesi gecikdirilir.

Tələbələrin Beynəlxalq Əməkdaşliği İctimai Birliyindən SİA-ya verilən məlumata görə, Təhsil Nazirliyi buna səbəb kimi ABU rəhbərliyinin həmin məzunların sənədlərini nazirliyə təqdim etmədiklərini göstərsə də, ABU-da bunun tam əksini deyirlər.

Bundan əlavə, ABU-nu bitirmiş, yalnız dövlət imtahanından keçə bilməmiş məzunların yenidən bir il oxuyacaqları da bildirilir ki, bu da onların narazılığına səbəb olub. Artıq məzunlar təhsil hüquqlarının pozulması ilə bağlı Təhsil Nazirliyini məhkəməyə verməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə