Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən 143 nəfər test imtahanı verəcək

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən 143 nəfər test imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək. DİM-dən SİA-ya bildirilib ki, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) təşkil ediləcək. İmtahan vermək üçün 143 nəfər qeydiyyatdan keçib.

Saat 11:00-da başlanacaq imtahan bir saat davam edəcək.

Namizədlər imtahana gələrkən kalkulyator, şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

İmtahan 9 istiqamət üzrə keçirilir. Namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə