Qarabağ Universitetində I qrupda ən yüksək göstərici riyaziyyat müəllimliyi üzrə olub
Qarabağ Universitetinə qəbulun nəticələrinə əsasən, I qrupda ən yüksək nəticə 659,9 balla riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb. SİA xəbər verir ki, bu qrupda orta qəbul balı 475,5 təşkil edib.
Birinci qrupda 6 ixtisas (riyaziyyat müəllimliyi, elektrik və elektronika mühəndisliyi, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi) üzrə Qarabağ Universitetinə ümumilikdə 290 nəfər qəbul olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB