Ölkədə ən yüksək keçid balı BANM-də oldu

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) öz rekordunu yenilədi. BANM-dən SİA-ya bildirilib ki, Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balı ali məktəbin informasiya təhlükəsizliyi ixtisasında oldu.

Dövlət İmtahan Mərkəzinin 2024/2025-ci tədris ili üçün açıqladığı nəticələrə əsasən, informasiya təhlükəsizliyi ixtisasına keçid balı 687 oldu.

Bu, ölkə üzrə qeydə alınmış ən yüksək göstəricidir. BANM illərdir ki, bu siyahıya liderlik edir.

Əvvəlki rekord isə 685 bal idi.

Bütün xəbərlər Facebook səhifəmizdə