Ötən illərlə müqayisədə bu il xaricdə təhsil üşün dövlət proqramına müraciət edənlərin sayı çox olub. SİA xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
O bildirib ki, 295 gənc gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində dövlət proqramı hesabına təhsil alacaq.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na edilən dəyişiklik ilə bu gənclərin sayı artacaq. Müraciətlər daha çoxu İnformasiya texnologiyaları, Dövlət idarə etməsi, mühəndislik, statistika və verilənlərin təhlili ixtisasları üzrə olub".
Bütün xəbərlər Facebook səhifəmizdə