UNEC qlobal reytinqdə 684 pillə irəlilədi

“Webometrics Reytinq” Agentliyinin bu gün açıqladığı dünya universitetlərinin reytinqinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycanın ən yaxşı universitetidir, birinci yerdədir.

UNEC-dən SİA-ya bildirilib ki, İqtisad Universiteti dünyanın 31606 universiteti arasında 2960-cı pilləyə yüksəlib. Ötən ilin iyul ayı ilə müqayisədə UNEC dünyada 684 pillə, yanvarla müqayisədə isə 38 pillə irəliləyib.

Beləliklə, UNEC dünyanın ən yaxşı 10 faiz universitetləri sırasına daxil olub. Eləcə də UNEC Avropanın 5985 univetsiteti arasında 972-ci, Mərkəzi Şərqi Avropanın 2692 universiteti arasında isə 206-cı yerə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə