İyulun 19-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhərində vətəndaş qəbulu keçirib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, nazirlikdən bildirilib ki, qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, məktəb tikintisi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə