UNEC ilə Rumıniyanın Braşov Transilvaniya Universiteti əməkdaşlıq edəcək

Rumıniyanın Braşov Transilvaniya Universitetinin rektoru professor İoan Abrudan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC-dən SİA-ya verilən məlumata görə, rektor professor Ədalət Muradovla görüşdə iki universitet arasında əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Müzakirələrin sonunda doktorantura üzrə birgə fəaliyyətin təşkili, tədqiqatçıların və müəllimlərin mübadiləsinə dair razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə