Qarabağ Universitetinə ingilis dili üzrə müəllim vakansiyası elan olunur

Qarabağ Universitetində ingilis dili üzrə müəllim vakansiyası elan edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “ingilis dili müəllimi” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə müraciətlər iyulun 21-dək qəbul edilir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə