BSU-da tələbələrin əl işlərindən ibarət rəsm və foto sərgisi təşkil edilib

Bakı Slavyan Universitetində (BSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BSU-nun tədbirlər planina uyğun olaraq universitetin bütün fakültələrində təhsil alan tələbələrin əl işlərindən ibarət rəsm və foto sərgisi təşkil edilib. Universitetdən SİA-ya bildirilib ki, tədbir zamanı tələbələr müəllifləri olduqları rəsm və fotolar barədə təqdimatla çıxış ediblər.

BSU-nun rektoru Anar Nağıyev sərgidə nümayiş olunan rəsm və fotoları yüksək qiymətləndirərək tələbələrə təşəkkür edib, onlara təhsildə və yaradıcılıqda yeni-yeni uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə