"“Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafına töhfə verən yarışdır" - Məleykə Abbaszadə

“Yüksəliş” müsabiqəsində iştirak etmək və yarımfinala qədər çatmaq böyük uğurdur. Hər kəs qalib olmaq istəyir. Lakin qalib olmayan bilməlidir ki, o, ilk olaraq öz üzərində qalib olub. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində deyib. O bildirib ki, insan kapitalı inkişaf etməsə, heç bir innovasiyanı tətbiq etmək mümkün olmayacaq:

“Bu baxımdan “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafına töhfə verən yarışdır.

Təhsil sistemi müasir cəmiyyətin tələblərinə cavab vermək üçün qabaqlayıcı olmalıdır. Əvvəllər ali təhsillə əldə olunmuş biliklər 20-25 il qüvvədə idisə, bu gün bu zaman 5-7, hətta bəzi sahələrdə 2-3 ilə qədər azalıb. Yəni, ali təhsil zamanı öyrədilən biliklərin aktuallığı qısa çəkir”.

Bütün xəbərlər Facebook səhifəmizdə