Bu il “SABAH” qruplarından 1066 tələbə məzun olur

2023-2024-cü tədris ilində 43 ixtisas üzrə 1324 tələbə “SABAH” tələbəsi adını qazanıb. SİA xəbər verir ki, 2023-2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr “SABAH” qruplarından məzun olur.

Hazırda Elm və Təhsil Nazirliyi “SABAH” qrupları 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası, 2846 tələbəni və bu ilin məzunları da daxil olmaqla ümumilikdə 2014-2024-cü illər ərzində 6842 məzunu (bakalavr və magistr pilləsi üzrə) əhatə edir.

Ümumilikdə “SABAH” qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 9688 nəfəri əhatə edir.

“SABAH” qrupları layihəsi əmək bazarının artan tələblərinə müvafiq olaraq intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etmək məqsədi ilə fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə