UNEC rektoru abituriyentlərlə görüşəcək

Universitet və ixtisas seçimi ərəfəsində hər bir abituriyent və valideyn həyəcanlı anlar yaşayır. Bu anlarda sizə dəstək olmaq və həyəcanınızı bölüşmək üçün UNEC rektoru professor Ədalət Muradov hər birinizi görüşə dəvət edir.

UNEC-in təhsil imkanları və ixtisas seçimi ilə bağlı sizi maraqlandıran sualların birbaşa rektor tərəfindən cavablandırılmasını istəyirsinizsə, bu fürsəti qaçırmayın!

Hər birinizi 5 iyul, saat 15:00-da böyük məmnuniyyətlə UNEC-in əsas tədris binasında (İstiqlaliyyət küçəsi 6) gözləyirik.

Əlavə məlumat üçün əlaqə: 492-60-43

Bütün xəbərlər Facebook səhifəmizdə