BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

Bakı Dövlət Universiteti (BDU) Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin (Network of Universities from the Capitals of Europe - UNICA) tamhüquqlu üzvü seçilib. BDU-dan SİA-ya verilən məlumata görə, UNICA-nın İsveçin paytaxtı Stokholmda baş tutan Baş Assambleyasında quruma daxil olan üzvlərin sesverməsi ilə BDU quruma tamhüquqlu üzv qəbul edilib.

1990-cı ildə yaradılmış UNICA Avropa paytaxtlarında yerləşən universitetlərin institusional şəbəkəsidir və 40 paytaxtdan nüfuzlu qlobal reytinqlərdə top-1000-də təmsil olunan 53 universitetdən ibarətdir.

UNICA üzvləri arasında ali təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığı genişləndirməyi və gücləndirməyi, akademik nüfuzu yüksəltməyi və akademik icmalar arasında şəbəkələşməni artırmağı hədəfləyir.

Məlumat üçün bildirək ki, BDU UNICA-da ölkəmizi və paytaxtımızı təmsil edən yeganə ali təhsil müəssisəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə