Qəbul ballarının artma ehtimalı var? - MÜNASİBƏT BİLDİRİLDİ

İxtisas qrupları üzrə, o cümlədən hər bir ixtisas üzrə keçid ballarının dəyişməsi, daha dəqiq desək, ötənilki nəticələrə görə artıb azalması abituriyentlərin topladığı bala, ixtisasa tələbə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, əgər abituriyentlərə təqdim olunan sualları cavablandırmaq nisbətən asan olubsa və tələbatlılıq yüksək olubsa keçid balları artır: "Suallar nisbətən çətin və tələbatlılıq az olarsa keçid balları azalır.

Burada təqdim olunan ixtisaslar üzrə say da nəzərə alınır.
Hər ixtisas üzrə qəbul planı artırılırsa, keçid balları düşə bilir.
Qəbul planı azalarsa, təqdim olunan yerlər məhdudlaşır və keçid balı arta bilir. Yüksək bal toplayan abituriyentlərin sayının artması da böyük ehtimalla keçid balının artmasına səbəb olacaq. Qəbul imtahanlarında keçid balları abituriyentlərin topladığı bala və onların sayının nisbətinə görə hesablanaraq müəyyən olunur. İxtisasa müraciət edənlərin sayı da, keçid balına təsir edən məsələdir. Builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək.

Göründüyü kimi keçid ballarının dəyişməsinə sualların çətinlik səviyyəsi, abituriyentlərin ixtisaslara marağı, təqdim olunan qəbul planı təsir göstərə bilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə