“SABAH” qruplarına test imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) “SABAH” qruplarına qəbul olmaq üçün iyunun 30-da keçirilmiş imtahanın nəticələrini elan edib. DİM-dən SİA-ya bildirilib ki, imtahan iştirakçıları Mərkəzin internet saytında topladıqları bal və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahandan topladıqları bal haqqında məlumatı mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 2025 tələbədən 539-u imtahana gəlməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə