Müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir - DİM

Müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir. Təbii ki, bu da elmə əsaslanmalıdır. SİA xəbər verir ki, bu fikri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Bu gün repetitorların fəaliyyət göstərdiyini deyən Məleykə Abbaszadə deyib: “Bu, tək bizim ölkədə olan problem deyil. İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür, o ki qalmışdı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə