“Sistemə yeni innovasiyalar tətbiq olunduqda yeni ənənələr formalaşır” - Məleykə Abbaszadə

“Təhsildə yeni texnologiyaların tətbiqi üçün “təhsildə ənənələr və innovasiyalar” məsələsinə də toxunmalıyıq. Hər hansı sistemə yeni innovasiyalar tətbiq olunduqda yeni ənənələr də formalaşır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, təhsil sisteminin ətalətli olması onu hər zaman qoruyub: “Lakin biz təhsil sisteminə innovasiyaları tətbiq etməliyik. İnnovasiyaların tətbiqi sistemin bütün iştirakçılarına təsir göstərir. Ənənələr bizim təhsil sistemimizdə Sovet dövründən başlayıb. Həmin dövrdə yaxşı da, pis də ənənələr mövcud idi. İndi yaranan uyğunsuzluqlar məhz dəyişikliklərin olması ilə bağlıdır. Bu tək bizim təhsil sistemində olan problem deyil. Dövr dəyişir, proqramlar yenilənir. Sovet dövründən yeni dövrə keçdikdə qəbul imtahanının dəyişməsi ən mühüm yenilik idi. Sovet dövründə hər zaman qiymətləndirmə müqayisəli şəkildə aparılıb. Bu proses hələ də məktəblərdə davam edir. Kurikulma keçdikdən sonra keçirilən bəzi test imtahanları ilə konkret olaraq şagirdin biliyini ölçmək mümkün olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə