“Cəmiyyətdə təhsilin məşiəti ilə təhsil siyasəti qarışdırılır” - NAZİR

“Cəmiyyətimizdə hələ də təhsilin məşiəti ilə təhsil siyasəti qarışdırılır. Təhsilin məişəti dedikdə valideyn-müəllim-şagird arasındakı münasibət nəzərdə tutulur. Təhsil siyasəti isə bizə konkret olaraq qarşıda duran vəzifələri, prioritetləri müəyyən etməyə imkan verir. Bu tipli konfransların önəmli tərəfi odur ki, təhsil siyasətinin mahiyyətini anlayıb, müzakirələr aparırıq. Təhsil siyasətinin təhsilin əlçatan, kefiyyətli, bərabər imkanlara əsaslanması kimi üç mühüm istiqaməti var”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, hər bir vətəndaşın təhsillə bağlı imkanlarının bərabər olması vacibdir: “Elm və Təhsil Nazirliyi olaraq məktəbəqədər təhsildə də əsas hədəfimiz əlçatanlıqdır. Bu istiqamətdə irəliyə doğru müəyyən qədər addım ata bilmişik. 2030-cu ilə qədər məktəbəqədər təhsillin 50 faizinin təmin olunması üçün çalışırıq.
İşğaldan azad olunmuş ərazilərdə də məkətəbəqədər təhsil müəssisələri açılır. Bu istiqamətdəki digər təşəbbüsümüz icma əsaslı məktəbəqədər təhsilin formalaşdırılmasıdır. Hazırda 16 minə yaxın uşaq bu modeldə təhsil alır. Bu hər il yenilənən rəqəmdir və qarşıdakı illərdə 30 minə qədər çatdırılmasını planlaşdırırıq.

İlin sonuna qədər məktəbəqədər təhsil müəssisələrində tərbiyyəçilərin diaqnostik imtahanları keçiriləcək. Bu imtahanların sonunda heç kimin əmək müqaviləsinə xitam verilməyəcək, lakin nəticələrə baxaraq tərbiyəçilərin inkişafı üçün təlimlər və s. təşkil olunacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə