“Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” - YENİLƏNİR

ADA Universitetində VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında tədbir keçirilir. SİA xəbər verir ki, konfransda ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Elm və Təhsil naziri Emin Əmrullayev, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, alimlər, təhsil siyasətinin icrasında iştirak edənlər, müstəqil tədqiqatçılar, təhsil işçiləri və tələbələr iştirak edir. Konfrans panel müzakirələrlə davam edəcək.

Qeyd edək ki, konfransda 100-dən çox elm adamı bir araya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə