Fitch": Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq
2027-ci ilə qədər ÜDM-in təxminən 21%-ni təşkil edəcək Azərbaycanın dövlət borcu, "Fitch" tərəfindən qiymətləndirilən investisiya reytinqli ölkələr arasında ən aşağı göstəricilərdən biri olaraq qalacaq.
SİA xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilib.
Agentliyin qeyd etdiyi kimi, ölkənin xarici dövlət borcu son illərdə mütləq şəkildə azalmaqdadır və onun mümkün artımı su təsərrüfatı və nəqliyyat sektorlarında layihələrin həyata keçirilməsindən asılı olacaq.
"Cənub Qaz Dəhlizi şirkəti tərəfindən avrobondların geri alınmasından sonra xarici dövlət zəmanətlərinin həcmi 2026-cı ilin birinci rübündə 3 milyard ABŞ dollarına düşüb", - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB