May ayında Avropada təbii qazın 1 milyon BTU-ya görə (British thermal unit - Britaniya istilik vahidi) orta qiyməti 16,17 dollar, ABŞ-də isə 2,93 dollar təşkil edib. SİA xəbər verir ki, bu barədə Dünya Bankının aylıq hesabatında deyilir.
Bildirilir ki, cari ilin birinci rübündə təbii qazın orta qiyməti Avropada 13,63 dollar, ABŞ-də 4,75 dollar olub. Martda Avropada qazın qiyməti 17,91 dollar, Birləşmiş Ştatlarda 3,06 dollar, aprel ayında isə müvafiq olaraq 15,41 dollar və 2,77 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB