"İqtisadiyyat son illərdə bir neçə dəfə böyüyüb və bu artım davam edir" - DEPUTAT
"Azərbaycan iqtisadiyyatı davamlı inkişaf etməkdədir və Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın müxtəlif sahələrində mühüm uğurlar əldə olunub. Nəzərə alsaq ki, Azərbaycanın iqtisadiyyatı son illərdə, xüsusilə 2003-cü illə müqayisədə bir neçə dəfə böyüyüb, bu, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilə bilər".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, eyni zamanda büdcə gəlirlərində, büdcə xərclərində, sosial layihələrin həyata keçirilməsində və infrastrukturun inkişafında ciddi artımlar müşahidə olunub: "Bu isə onu göstərir ki, maliyyə sektoru iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi inkişaf edən və genişlənən sahələr sırasındadır.
Təbii ki, bu inkişaf özünü iqtisadi siyasətin müxtəlif istiqamətlərində və fərqli sahələrin tərəqqisində göstərir. Prezident İlham Əliyevin Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirakı da dövlət başçısının iqtisadiyyatla bağlı yeniliklərə, islahatlara və bu sahədə həyata keçirilən tədbirlərə daim xüsusi diqqət ayırdığını göstərir.
Ümumiyyətlə, dövlət başçısı ölkənin iqtisadi, sosial və infrastruktur sahələrində həyata keçirilən layihələrlə bağlı mütəmadi tapşırıqlar verir və bu proseslərə birbaşa nəzarət edir. Bu baxımdan Mərkəzi Bankın yeni binasının istifadəyə verilməsi həm institusional inkişaf, həm də müasir infrastrukturun formalaşdırılması baxımından mühüm hadisə hesab oluna bilər.
Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin qorunmasında əsas rol oynayan qurumlardan biridir. Xüsusilə qiymət sabitliyinin təmin olunması, maliyyə sisteminin dayanıqlığının artırılması və bank sektorunun inkişafı istiqamətində onun fəaliyyəti böyük əhəmiyyət daşıyır.
Bu səbəbdən qarşıdakı dövrdə də maliyyə sektoru üzrə əsas prioritetlərdən biri makroiqtisadi sabitliyin qorunması, maliyyə sisteminin dayanıqlığının daha da gücləndirilməsi və iqtisadi inkişafın davamlılığının təmin olunması olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB