Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

SİA xəbər verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək. Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə