Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
SİA xəbər verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək. Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Mətləb