Azərbaycanda 10 ayda 300 min 73 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 300 min 73 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. SİA Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 57 min 614-ü (19,2 %) ilkin, 242 min 459-u (80,8 %) isə təkrar qeydiyyatın payına düşür.
Yanvar-oktyabr ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 58 min 587, mənzil – 78 min 92, torpaq sahəsi – 152 min 521, qeyri-yaşayış binası – 2592, qeyri-yaşayış sahəsi – 7564, əmlak kompleksi – 616, çoxmərtəbəli yaşayış binası – 98 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84 min 431-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin on ayında 214 min 701 texniki pasport tərtib edilib, 51 min 753 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB