“2026-cı il büdcəsi: Neftdən asılılıq azalır, fiskal dayanıqlıq artır” - Maliyyə naziri
2026-cı il üçün dövlət və icmal büdcələrin layihələri ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunub”.
SİA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, qeyri-neft gəlirlərinin dinamik olaraq artması dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır.
Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət tərəfindən metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyənləşdirilmişdir.
Təqdim olunan 2026-cı il dövlət büdcəsi büdcə layihəsində eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırıl¬ması prinsipi rəhbər tutulmuşdur ki, bu da fiskal dayanıqlığın digər mühüm parametrləri kimi çıxış edir
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB