Bakıda 9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir. İki gün davam edəcək forum nağdsız iqtisadiyyat, rəqəmsal transformasiyada sıçrayış tendensiyaları, maliyyə texnologiyaları, rəqəmsal bank həlləri kimi məsələlərin müzakirəsi üçün geniş platformadır. SİA xəbər verir ki, forumda “Sərhədsiz bankçılıq: Maliyyə məzənnəsini yenidən müəyyən edən qlobal qüvvələr”, “Risklər və tənzimləyici təkamül”, “Yerli banklar növbəti artım dalğasını necə formalaşdırır”, “Etibarlı, təhlükəsiz və davamlı bank işi” mövzularında panel sessiyaları keçirilir. İştirakçılar maliyyənin gələcək mənzərəsini araşdırır, maliyyə dayanıqlığını necə formalaşdırdıracaqlarını qiymətləndirir və səmərəli maliyyə ekosistemi qurmaq məsələlərini müzakirə edirlər.
Azərbaycanın ev sahibliyi etdiyi forumun işində dövlət qurumlarının, kommersiya banklarının, özəl müəssisələrin, tanınmış beynəlxalq maliyyə təşkilatlarının, diplomatik nümayəndəliklərin və akademik dairələrin təmsilşiləri də iştirak edirlər.
Forum maliyyə sektorunun gələcəyini formalaşdıran innovativ həlləri araşdıra biləcəyi əməkdaşlıq mühitində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB