Son vaxtlar vətəndaşlar arasında qızıl girovu ilə kredit götürmək tendensiyası artmaqdadır. Qiymətli metalın dəyərinin sabitliyi və bazarda etibarlı təminat vasitəsi kimi qəbul olunması bu növ kreditlərə marağı daha da artırır. Maraqlıdır, qızıl girovu ilə verilən kreditlərin faiz dərəcələri adi istehlak kreditlərindən fərqlənirmi və qızılın bazar qiymətindəki dəyişiklik bu kreditlərin şərtlərinə təsir göstərə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli SİA-ya açıqlamasında bildirib ki, qızıl girovu ilə kredit götürmək əsasən daha çox lombardlar vasitəsilə həyata keçirilir: “Banklar da bu formada kredit verə bilər, amma daha çox lombardlar bu xidməti göstərir. Bu kreditlərin yüksək məbləğdə ayrılmasının səbəbi budur ki, girov qoyulan qızılın bazar dəyərinin 80–90 %-i qədər kredit verilə bilər. Qızılın qiymətinin stabilliyi və likvidliyi bu imkanları yaradır. Lombardlar, girovu götürdükdən sonra həmin qızılı asanlıqla pula çevirə bilirlər. Qızıl girovu kreditlərində risk nisbətən aşağı olduğundan, faiz dərəcələri də digər girov predmetlərinə - avtomobil, daşınmaz əmlak, elektron cihazlar kimi nisbətən daha aşağı olur”.
Müəllif: Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə