Azərbaycan və Küveyt iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Azərbaycan və Küveyt arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr Küveytə səfər zamanı bu ölkənin ticarət və sənaye naziri (Mocikw) Xəlifə Abdullah Dhahi Al-Ajeel Al-Askar ilə görüşdə aparılıb: "Ölkələrimizin iqtisadi əməkdaşlığının prioritet istiqamətlərini nəzərdən keçirərək qarşılıqlı ticarət və investisiyaların artırılmasının, biznes münasibətlərinin yeni təşəbbüs və layihələrlə şaxələndirilməsinin əhəmiyyətini vurğuladıq".

Bütün xəbərlər Facebook səhifəmizdə