"Bakı Fintex Forum-2025" çərçivəsində memorandumlar imzalanıb

Azərbaycan Fintex Assosiasiyası ilə Türkiyə Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bununla yanaşı Azərbaycan Fintex Assosiasiyası və Beynəlxalq Konsaltinq Şirkəti arasında da Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Sənədlər fintex sahəsində tərəfdaşlığın gücləndirilməsi, innovativ həllərin təşviqi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Anlaşma memorandumları həm yerli, həm də beynəlxalq səviyyədə maliyyə texnologiyalarının inkişafına töhfə verməyi hədəfləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə