Azərbaycan Küveytlə nəqliyyat və tranzit sektorlarında əməkdaşlığı müzakirə edib

Azərbaycan və Küveyt arasında ticarət, turizm, ənənəvi və bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sektorlarında əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr Küveytə işgüzar səfər zamanı bu ölkənin maliyyə naziri, elektrik enerjisi, su və bərpa olunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşdə aparılıb.

"Ölkəmizin əlverişli investisiya mühiti barədə məlumat verərək Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələrin genişləndiyini vurğuladıq", - deyə M.Cabbarov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə