Azərbaycanda lisenziyalaşmış fintexlərin dövriyyəsi 38,8 mlrd. manatı ötüb. SİA xəbər verir ki, bunu “Bakı Fintex Forum 2025-də” çıxışı zamanı Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov deyib.
O bildirib ki, bu rəqəmin daha da artacağı gözlənilir.
V. Xəlilov həmçinin əlavə edib ki, aylıq kart dövriyyəsi 10 mlrd. manata çatıb. Bu isə nağdsız ödənişlərə keçidin bir nümunəsidir.
“ Azərbaycan Mərkəzi Bankı fintex sektorunun inkişafı üçün səylərini davam etdirir. Ani Ödəniş Sistemindən istifadə səviyyəsinin artırılması bu baxımdan önəmlidir. Artıq Azərbaycanda açıq bankçılıq sisteminin tətbiqinə başlanılıb, iki bank bu sahə üzrə işlərə başlayıb”- sədr müavini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə