Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Məlumata görə, balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şosesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq. Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə