Bu il iqtisadiyyatda qeyri-neft ixracının payının 70 faizə çatacağı proqnozlaşdırılır
İqtisadi siyasətin əsas istiqamətlərində olan qeyri-neft-qaz sektorunda 2021-2024-cü illərdə hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, bu göstəricinin bu ilin sonuna 70 faizə çatacağını proqnozlaşdırılır.
“Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib, yerli və xarici investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb. Avqustun 8-də ABŞ-də sülh gündəliyinə imza atılması bu prosesləri daha da sürətləndirir. Bu razılaşma tranzit əlaqələrinin güclənməsinə şərait yaradacaq, həmçinin ölkə iqtisadiyyatına marağı artıracaq. Regional inteqrasiyanın güclənməsi ölkəmizin iqtisadi inkişafına, qeyri-neft sektorunun diversifikasiyasına və uzunmüddətli rəqabət qabiliyyətinin möhkəmlənməsinə mühüm töhfələr verəcək”, - deyə nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə