I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bir sıra müqavilələr imzalanıb

“Strateji investisiya və maliyyələşdirmə: Dövlət-özəl tərəfdaşlığı və sinerji imkanlarının açılması” mövzusunda keçirilən paneldə Iqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə "Basalt Group" MMC və "ARGS Holding" MMC arasında Birgə İştirak müqavilələri imzalanıb. SİA xəbər verir ki, imzalama 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub.

Sənədləri müvafiq olaraq ABİF-in baş direktoru Yasin Cəlilov, “Basalt Group” MMC-nin direktoru Rüfət Bağırov, “ARGS Holding” MMC-nin icraçı direktoru Emil Həsənov imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə